altun.az

3 milyarddan çox insan bu klipi izlədi - VİDEO

26-08-2017, 16:14

3 milyarddan çox insan bu klipi izlədi - VİDEO

“Youtube” video portalına yüklənən kliplər arasında qısa müddətə yeni rekord vurulub.

Altun.az xəbər verir ki, Puerto-Rikolu pop müğənnisi Luis Fonsinin ifa etdiyi “Despacito” mahnısının klipini 8 aya 3 milyard 400 milyondan çox adam izləyib.

Bundan başqa, klipi 20 milyondan çox insan bəyənib. Qısa müddətdə izlənmə rekordu qıran klipə 1 milyon 200 mindən çox şərh yazılıb.

“Despacito” mahnısı rekordu uzun müddətdir əlində saxlayan cənubi koreyalı müğənni PSY-ın "Gangnam Style” mahnısını xeyli geridə qoyub.

"Gangnam Style” mahnısının klipi 2012-ci ildə “Youtube”a yüklənib və bu günə qədər 2 milyard 900 milyon insan izləyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 661 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]