altun.az

Azərbaycanda yol polisi hamilə qadını və övladını xilas etdi - VİDEO

12-08-2017, 17:48

Azərbaycanda yol polisi hamilə qadını və övladını xilas etdi - VİDEO

Şəmkirdə yol polisləri ana və yeni doğulacaq körpəsini ölümdən xilas ediblər.
Altun.az arb24-ə istinadən xəbər verir ki, Tovuz rayon sakini Nizami Vəliyev hamilə gəlinini Gəncəyə apararkən yolda onun halının pisləşdiyini görüb. Həyəcandan avtomobili idarə edə bilməyən sürücü Şəmkir postunda yol polisindən köməklik istəyib.
Hamilə qadını xəstəxanaya çatdıran Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Xəyal Məmmədov uşağın dünyaya sağlam gəlməsinə görə sevincli olduğunu dilə gətirib. Dünyaya gələn qız uşağına isə köməklik göstərən polis əməkdaşı Xəyalın şərəfinə Xəyalə adı qoyulacaq.
Abbas Səhhət adına 1 nömrəli xəstəxanadan bildirilib ki, hamilə qadın bir neçə dəqiqə də gec çatdırılsa idi onların həyatı üçün təhlükə ola bilərdi.
Hazırda isə ana və övladının vəziyyəti yaxşıdır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 992 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]