altun.az

“Eurovision” təmsilçimizin KLİPİ təqdim olundu - VİDEO

11-03-2017, 14:09

“Eurovision” təmsilçimizin KLİPİ təqdim olundu - VİDEO

Azərbaycanı may ayında Kiyevdə baş tutacaq "Eurovision 2017" mahnı müsabiqəsində təmsil edən Diana Hacıyevanın klipi təqdim olunub.
Altun.az xəbər verir ki, "Skeletons" adlanan mahnının müəllifləri bəstəkar prodüser İsa Məlikov və Sandra Byormandır. Klip isə xarici rejissorlara həvalə olunub.
Qeyd edək ki, Diana Hacıyeva müsabiqənin mayın 9-da keçiriləcək 1-ci yarımfinalında çıxış edəcək.
Azərbaycan sözügedən müsabiqədə 2008-ci ildən etibarən iştirak edir. 2008-ci ildə müsabiqədə ölkəmizi təmsil edən Elnur Hüseynov və Samir Cavadzadənin ifa etdikləri “Day After Day” (Günbəgün) mahnısının sözlərini Zəhra Bədəlbəyli, musiqisi isə Gövhər Həsənzadə yazıb.
Onlardan sonra iştirakçılarımızın oxuduqları mahnılar isveçli bəstəkarlara həvalə olunub. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu ilki mahnını yerli bəstəkarlar tərəfindən hazırlanıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 545 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]