altun.az

Kamran Ağayev "Benfika"yla oyunda dava etdi - VİDEO

15-01-2017, 11:52

Kamran Ağayev "Benfika"yla oyunda dava etdi - VİDEO

Azərbaycan millisinin qapıçısı Kamran Ağayev Portuqaliyada “Benfika” futbolçuları ilə dalaşıb.
Altun.az xəbər verir ki, Kamranın çıxış etdiyi “Boavişta” klubu Portuqaliya çempionatının 17-ci turunda lider “Benfika”nın qonağı olub.
Oyunun gedişində “Boavişta” 3:0 önə çıxsa da, hesabı sona kimi saxlaya bilməyib. Qarşılaşma 3:3 hesabı ilə başa çatıb. Kamran 90 dəqiqə meydanda olub. Emin Mahmudov isə 89-cu dəqiqədə Fabio Espinyonu əvəz edib.
Kamran vaxtı uzatdığı üçün 75-ci dəqiqədə sarı vərəqə alıb. O, oyun başa çatdıqdan sonra “Benfika”nın ehtiyatda olan futbolçuları ilə dalaşıb. Lakin onu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov və komanda yoldaşları ayırıb. Ehtimal edilir ki, “Benfika”nın ehtiyatda qalan futbolçularından biri ona ana söyüşü söyüb. Çünki Kamranı yalnız komandanın məşqçilər heyəti və stadionun mühafizəçiləri sakitləşdirə bilib.
Qeyd edək ki, bu nəticədən sonra “Boavişta” 21 xalla 11-ci pillədə qərarlaşıb.
Benfika - Boavişta 3:3
Qollar: Konstantinos Mitroğlu, 41, Jonas, 52-pen, Fabio Espinyo, 67-öz qapısına - Yuri Medeyros, 14, Lukad De Lima, 20, Andre Şembri, 25.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 535 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com