altun.az

Kamran Ağayev debütündə acınacaqlı səhvə yol verdi - VİDEO

24-09-2016, 04:02

 Kamran Ağayev debütündə acınacaqlı səhvə yol verdi - VİDEO

Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Portuqaliyanın "Boavişta" futbol komandasının heyətində ilk rəsmi matçına çıxıb. Altun.az xəbər verir ki, VI turun açılış oyununa təsadüf edən qarşılaşmada rəqib "Portu" olub.

"Draqau" stadionunda keçirilmiş Portu derbisi meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 5-ci dəqiqədə "Boavişta"nın futbolçusu Nunu Enrike açıb. Lakin 19-cu dəqiqədə "Boavişta" müdafiəçilərinin süni oyundankənar vəziyyət yaratmaq istəkləri uğursuz alınıb və Andre Silva yaxın məsafədən Ağayevlə üz-üzə qalaraq, hesabı bərabərləşdirib. 41-ci dəqiqədə isə o, penaltini dəqiq yerinə yetirib. Azərbaycanlı qapıçı topun istiqamətini müəyyənləşdirsə də, zərbəni dəf edə bilməyib.

Oyunda sonra nöqtə isə 86-cı dəqiqədə qoyulub. Bu dəfə "Portu"nun futbolçusu Aleks Tellesin cinah asmasından sonra Ağayev topu əlində saxlaya bilməyib. Nəticədə top qapı dirəyinə dəyərək, tora daxil olub.
Beləliklə, "Boavişta"nın uduzduğu qarşılaşmaya Kamran Ağayev kobud səhvi ilə damğa vurub. Bu nəticədən sonra "Portu" 13 xalla 2-ci pilləyə yüksəlib. "Boavişta" isə hələlik 5 xalla 12-ci pillədədir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 702 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]