altun.az

NASA Marsdakı qeyri-adi şüalanmanın sirrini açdı - VİDEO

18-10-2016, 18:18

NASA Marsdakı qeyri-adi şüalanmanın sirrini açdı - VİDEO

Amerika Milli Kosmik Agentliyi (NASA) tədqiqatçıları Mars planetinin təsvirlərini dərc ediblər.

Altun.az xəbər verir ki, alimlər planetin hərəkətini izləmək üçün yüzlərlə ən yaxşı şəkli videoçarxda birləşdiriblər.
NASA-nın tədqiqatçılarına məlum olub ki, küləklər Marsda 60-100 kilometr hündürlükdə dövr edir, buludları formalaşdırır və vaxt ötdükcə ozonun miqdarını dəyişir.

Tədqiqatın müəllifləri planetin qaranlıq səthində qeyri-adi işıqlanmaya diqqəti yönəldiblər. Bunun səbəbi digər tərəfdə baş verən kimyəvi reaksiyalardır: günəşin ultrabönəvşəyi işığı azot və karbon qazının molekullarını dağıdır. Alınan atomlar küləklə planetin qaranlıq səhtinə keçir. Onlar burada azot və oksigen atomları ilə birləşir və azot oksidi molekulalları yaradırlar. Alınmış əlavə enerji ultrabənövşəyi işıq şəklində şüalanır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 802 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]