altun.az

Rusiya ən təhlükəli raketini sınaqdan keçirdi – VİDEO

24-11-2017, 11:29

Rusiya ən təhlükəli raketini sınaqdan keçirdi – VİDEO

Rusiya Müdafiə Nazirliyi ballistik raketinin modernizasiya olunmuş yeni nəslinin sınaqdan keçirilmə videosunu paylaşıb.

Altun.az xəbər verir ki, sınaq Qazaxıstanın Sarı-Şaqan poliqonunda baş tutub.

Rusiya Hərbi Kosmik Qüvvələrinin Hava Hücumundan və Raketdən Müdafiə birləşməsinin komandanının müavini polkovnik Andrey Prixodko yeni modernizasiya edilmiş raketin uğurla sınaqdan keçdiyini açıqlayıb.

Qeyd edək ki, sınaqdan keçirilən raket 53t6 olub. 70-ci illərdə hazırlanan raket Moskvanın müdafiəsi üçün yaradılan A-135 raketdən müdafiə sistemi layihəsinin tərkibinə daxildir. Moskva 2009-cu ildən bu raketin istifadə müddətinin uzadılması üçün işlər aparır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com