altun.az

Nazənindən Sevil-Sevinc bacılarına: "Ağzımı niyə açdırırsınız, siz də eləmisiniz"

19-10-2017, 19:10

Nazənindən Sevil-Sevinc bacılarına: "Ağzımı niyə açdırırsınız, siz də eləmisiniz"

Müğənni Nazənin "ən çox plastik əməliyyat etdirən sənətçi" olması ilə razı deyil.

Altun.az xəbər verir ki, "Hər şey daxil" verilişinin qonağı olan ifaçı cəmi 2 dəfə əməliyyat etdirdiyini deyib:

"Haqqıma niyə girirsiniz? Burnumda və dodağımda əməliyyat olunub. Dodağımı ona görə etdirdim ki, o vaxt naşı idim, yanlış bir şey etmişdim, onu təkrar düzəltdirdim. Ondan başqa heç bir plastik əməliyyatım olmayıb. Əgər ehtiyac yaranarsa, milyon dəfə də əməliyyata gedərəm".

Müğənni aparıcılar Sevil-Sevinc bacılarının "Yanağınızda da nəsə etdirmisiniz" sözləri ilə razılaşmayıb:

"Professional həkimə göstərin, desin ki, mən yanağıma nəsə etmişəm, ya yox. Onda mənim balaca nəvəm var Nazənin, o da üzünə nəsə qoydurub? Onun da yanaqları şişdir. Biz anadangəlmə beləyik".

Nazənin gözlərini dartdırması iddiasının da yalan olduğunu söyləyib:

"Gözüm saçım dartılaraq yığılıb deyə belə qalır. Mənim ağzımı niyə açırsınız, siz də etdirmisiniz də... Hələ gözümün üstündə nəsə etdirməyə indi hazırlaşıram. Bunu gizlətmirəm. Avropada plastik əməliyyatları prestij bilirlər. Amma bizdə o qədər cahillik, savadsızlıq var ki, bunu o dəqiqə böyüdüb-şişirdirlər. Hazırda bəylərimiz xanımlardan çox elətdirir. Kimin pulu var etdirir, kimin də imkanı yoxdur, oturub eləcə lağ edir".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 609 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]