altun.az

Fahriyeni qısqandıran iranlı model: "Burakdan incidim"

8-02-2017, 15:53

Fahriyeni qısqandıran iranlı model: "Burakdan incidim"

İranlı model Mahlağa Caberi aktyor Burak Özçivitlə bağlı xəbərlərə açıqlama verib.

Altun.az xəbər verir ki, o, Burakı "Instagram"da izləmədən çıxarıb.

Model aktyor barəsində bunları deyib:

"Çox istedadlı bir aktyordur. Seriallardakı rolu ilə diqqətimi çəkmişdi. Pərəstişkarı olduğum üçün bir həftə öncə "Instagram"da ona "sizi sevirik", "yaraşıqlı" kimi şərhlər yazmışdım. Şərhimdən dərhal sonra məni əngəllədi. Ona yaxşı fikir bildirməkdən başqa bir niyyətim yox idi. Şəxsi həyatı ilə bağlı məlumatsız idim. Artıq onun peşəkar biri olduğunu düşünmürəm. Çünki, heç bir məşhur pərəstişkarını yaxşı bir şərh yazdığı üçün əngəlləməz. Bunu etməyim xəta idimi, bilmirəm, amma çox incidim. Şəxsi həyatına hörmətlə yanaşıram".

Qeyd edək ki, bir müddət öncə M.Caberinin Özçivitə sosial şəbəkədə yazdığı "yaraşıqlı", "səni sevirik" şərhlərini sevgilisi Fahriye Evcenin birmənalı qarşılamayacağı ilə bağlı xəbərlər yayılmış, Burak isə buna qarşılıq olaraq Fahriye ilə birgə romantik fotosunu paylaşmışdı.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 546 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com