altun.az

Azərbaycanlı qızın keçmiş nişanlısı: "Əli ilə Nazın sevgisi oyundur"

19-01-2017, 19:10

Azərbaycanlı qızın keçmiş nişanlısı: "Əli ilə Nazın sevgisi oyundur"

Xəbər verdiyimiz kimi, “Star TV”də yayımlanan “Zuhal Topalla” izdivaç verilişində gəlin namizəd olan azərbaycanlı Nazla bağlı qalmaqal yaşanmışdı. Nazın keçmiş nişanlısı verilişdən gedib və söz-söhbətə səbəb olan açıqlamalar yayıb.

Altun.az xəbər verir ki, Bahanın Nazın yeni namizədi Əli Əkbərlə rəqs edərkən əsəbiləşdiyi və verilişdən sonra dava saldığı iddia edilmişdi.

Bu xəbərin ardından Baha video açıqlama yayaraq verilişdəki hər şeyin saxta olduğunu iddia edib:

“Nazla bir-birimizi sevirdik. Nazı Əli ilə oyunun içinə saldılar. İnsan sevdiyinin bu cür oyunların içində olmasını özünə sığışdırmır. Dedilər ki, oyun cümə gününə qədər davam edəcək. Bitəcəyini gözlədiyim halda həmin səhnəylə qarşılaşdım.

Studiyadan çıxandan sonra Nazın maşınında əyləşdim. Naz qışqıra-qışqıra danışırdı. Bu ərəfədə cangüdənlər hücum etdi. Ardından isə orada olan 50 kişi mənə hücum etdi.

Məni Dənizin maşınına otuzdurdular. Onun da maşınını əzik-əzik etdilər. Naz onlar üçün reytinqdir. Münasibətin evlənməyə doğru getdiyini gördülər. Onun proqramdan getməsinə imkan verməzlər. Birini aradan çıxarmaları lazım idi. O da mən oldum”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 552 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com