altun.az

Emin Ağalarov: "Həyatımla bağlı böyük sirri etiraf etdim"

18-10-2016, 20:45

Emin Ağalarov: "Həyatımla bağlı böyük sirri etiraf etdim"

Bu gün Emin Ağalarovun əslən ukraynalı müğənni Ani Lorak ilə yeni “Я не могу сказать” (Deyə bilmirəm) dueti və ona art üslubunda çəkilmiş video çarxı təqdim olunub.

Altun.az xəbər verir ki, yeni duetin müəllifi məşhur prodüser və bəstəkar Maks Fadayevdir. Azərbaycanlı iş adamı və müğənni mahnı barədə təəssüratlarını bildirib. E.Ağalarov yeni duetin onun üçün çox dəyərli olduğunu xüsusi vurğulayıb:
“Maks məni sıxışdırdı, sıxışdırdı və ona bəzi çox özəl sirlərimi etiraf etdim. O, inanılmaz dərəcədə istedadlı və yaradıcı insandır. Nəticədə belə əla mahnı alındı. Çoxdan gözlənilən möhtəşəm mahnımız artıq hazırdır. Bu mahnı mənim üçün çox özəldir və onda müəyyən sirlər gizlənib. Düşünürəm ki, insanlar onu yalnız dinlədikdən sonra nədən söhbət getdiyini başa düşəcək”./


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 685 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]