altun.az

"Azərbaycanda kasıb müğənni yoxdur" - Xəyyam

6-11-2017, 16:26

"Azərbaycanda kasıb müğənni yoxdur" - Xəyyam

Müğənni Xəyyam Nisanov sənət dostlarının var-dövlətindən danışıb.

Altun.az-ın məlumatına görə, sənətçi “ATV maqazin onlarla” verilişində ifaçıları yalançı adlandırıb.

O bildirib ki, Azərbaycan şou-biznesində kasıb müğənni yoxdur. "Deyirlər şou-biznesdə ən varlı müğənni sənsən" sualına Xəyyam belə cavab verib:

"Bahalı maşına otururlar, bahalı binada yaşayırlar. Sağlıqlarına qismət. Arzu edirəm ki, məndən çox varları olsun. Qonşumda məndən çox olsun, başqasında gözü qalmasın. Varlı müğənnilərdən biri hesab edilirəmsə yaxşıdır. Azərbaycanda kasıb müğənni yoxdur. Kimsə gizlədir, bəzilərinin xasiyəti belədir. Soruşanda, deyirlər toy yoxdur. Şou-biznesdə buna inanmıram. Hamısı sosial şəbəkədən görünür ki, toylarda, işdə-gücdədir. Heç kimin pulunu saymammışam.

Çalışıram qazancımı maşına, evə və sənətimə xərcləyim. Yaxşı geyinməliyəm, xarici görünüşüm, maşınım əla olmalıdır. Kliplərim və mahnılarım da bunu tamamlamalıdır. Mən Aygün Kazımova, Faiq Ağayev və Röya Ayxanın arxasınca gedirəm. Onlar tez-tez klip və mahnı çıxarıblar, özü də keyfiyyətli iş görüblər. İndi onlar bizi arxasıyca aparır”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 361 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com