altun.az

Aygün Kazımova ilə Brilliant Dadaşova arasında BÖYÜK QALMAQAL

14-10-2016, 11:15

Aygün Kazımova ilə Brilliant Dadaşova arasında BÖYÜK QALMAQAL

Xalq artisti Aygün Kazımova ATV-nin “5-ci element” verilişində həmkarı, Xalq artisti Brilliant Dadaşovanı “ağ yuyub, qara sərib”.

Altun.az xəbər verir ki, pop-diva bir müddət öncə eyni proqramda həmkarının onun ünvanına səsləndirdiyi ittihamlara cavab verib: “Brilliant deyir ki, güya mənim konsertimə gələn olmayıb, mən jurnalistləri də götürüb, onun tamaşaçılarla dolu konsert zalına gəlmişəm. Dolu zalın fonunda şəkil çəkdirib, demişəm ki, bu, mənim konsertimdir. Adama deyərlər, səndən soruşan var, ayın neçəsidir? Şərləmək, böhtan atmaq lazım deyil. Mən həmin vaxt konsert verməmişəm. Turkiyədən dostum Mərd qonaq gəlmişdi, mən onu götürüb Brilliantın konsertinə apardım. Baxmayaraq ki, o, məni heç konsertinə dəvət etməmişdi, amma mən biletlər aldım və qonağımı ora apardım, həm də həmkarıma xeyir verdim. Bu gün də hər hansı bir qonağım gəlsə, həmin gün kimin konserti olarsa, bilet alıb, onun konsertinə apararam”.

A.Kazımova həmin konsertdə hamının onun başına yığışdığını və Brilliantın kölgədə qaldığını, buna görə də məhz belə yalan danışdığını deyib.

Pop-diva həmkarı və keçmiş rəifqəsi Zülfiyyə Xanbabayeva ilə də küsülü olmasını Brililantla əlaqələndirib. Bildirib ki, həmin ərəfədə Z.Xanbabayeva rəfiqəsi kimi onu müdafiə etmədiyi üçün dostluqlarına son qoyulub.

Qeyd edək ki, bir müddət öncə sözügedən proqramda qonaq olan xalq artisti Brilliant Dadaşova demişdi ki, Aygün Kazımova konsert zamanı salonu doldura bilməyib, pərtliyini ört-basdır etmək üçün həmin gün onun verdiyi konsert salonuna gələrək fotolar çəkdirib, deyib ki, güya bu onun öz konsertindən olan fotolardır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 842 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]