altun.az

Azərbaycanda insanlar daha çox hansı yaşlarda ölür?

20-09-2017, 19:37

Azərbaycanda insanlar daha çox hansı yaşlarda ölür?

Azərbaycanda ötən il ölənlər arasında 75-79 yaşlı insanlar üstünlük təşkil edib.

Altun.az xəbər verir ki, report-un Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ötən il qeyd olunan yaşda ölənlərin sayı 9180 nəfər olub.

Dünyasını dəyişənlər arasında ən aşağı rəqəm isə 10-14 yaşlılar arasında (174) qeydə alınıb.

Bundan başqa, ötən il 80-84 yaşında ölənlərin sayı 8616, 85 və daha yuxarı yaşda ölənlərin sayı 7305, 65-69 yaşlarında ölənlərin sayı 5357, 55-59 yaşlarında ölənlərin sayı 5010 nəfərə çatıb.

50-54 yaşlarında ölənlərlərin sayı ilə 70-74 yaşında dünyasını dəyişənlərin sayı bir-birinə yaxın olub.

Belə ki, ötən il Azərbaycanda 50-54 yaşlarında 3454, 70-74 yaşlarında isə 3874 nəfər ölüb.

Ötən il ölkədə ümumillikdə 56648 nəfər ölüb. Onlardan 29924 nəfəri kişi, 26724-ü qadınlar olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 335 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com