altun.az

Tovuzda istirahət mərkəzi yandı: turistlər təxliyyə edildi

5-09-2017, 15:08

Tovuzda istirahət mərkəzi yandı: turistlər təxliyyə edildi

Tovuz rayonunda istirahət mərkəzində yanğın olub.
Altun.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Şamlı kəndi ərazisində yerləşən "Narzan" ailəvi istirahət mərkəzində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tovuz rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və əməkdaşları cəlb olunub. İlkin məlumata görə, istirahət mərkəzində 200 kvadratmetr ərazidə yerləşən 8 otaq və kafe yanıb.
Yanğın nəticəsində yaxınlıqda olan beş iri gövdəli ağaclar da yanıb. Hadisə zamanı istirahətdə olan turistlər və istirahət mərkəzinin işçiləri evakuasiya edilib.
Yanğının başvermə səbəbləri araşdırılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 437 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com