altun.az

Bakıya gələn ərəblərə nələr öyrədilməlidir?

11-08-2017, 10:14

Bakıya gələn ərəblərə nələr öyrədilməlidir?

Azərbaycanda turizm sahəsinin inkişafı üçün xeyli işlər görülməkdədir. Bunun nəticəsidir ki, artıq Azərbaycana gələn turistlərin sayında artım müşahidə edilir. Ölkəyə gələn turistlərin çoxu isə ərəb ölkələrindəndir. Ərəb turistlərin sayının artması iqtisadi baxımdan ölkə üçün əhəmiyyətli olsa da, turistlərin həddindən artıq sərbəst hərəkətləri cəmiyyətdə bəzi problemlərin yaranmasına səbəb olub. Psixoloqlar da turistlərin öz daimi yaşadığı yerdən uzaqda, onu tanımayanların əhatəsində daha sərbəst olduğunu bildirir.

Altun.az xəbər verir ki, məsələyə axar.az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov münasibət bildirib. O, istənilən ölkə vətəndaşının başqa ölkəyə səyahət edərkən həmin ölkənin adət-ənənləri, qayda-qanunları haqda məlumatlı olmasının vacibliyini vurğulayıb:

“Bu, birmənalıdır və bütün dünyada belə qəbul edilib. Azərbaycan vətəndaşları da iş, yaxud istirahət üçün gedəcəyi ölkə haqqında məlumat toplayandan sonra bu səfəri reallaşdırmalıdır. Eləcə də bu qayda xarici ölkələrdən Azərbaycana gələn turistlərə aid edilir. Bunun həyata keçirilməsi üçün həmin şəxs ölkənin turizm şirkətləri və gəldiyi ölkənin aidiyyəti qurumları ilə əməkdaşlıq etməlidir. Turistlərin maarifləndirilməsi üçün qarşılıqlı tədbirlər həyata keçirilməlidir. Cəmiyyətdə turistlərə qarşı aqressiyanın olması da bu işlərin zəif aparılması ilə əlaqədardır. Çünki turistlərin ölkənin qayda-qanunlarına zidd hərəkətlər etməsi insanlarda onlara qarşı münasibəti kəskinləşdirir. Buna görə də maarifləndirmə sahəsində işlər aparılmalıdır”.

Ekspert təklif edib ki, ilk olaraq ölkə haqqında məlumat kitabçaları hazırlanmalı, turist ölkəyə gəldikdən sonra da onun qaldığı otellərdə bələdçilər vasitəsilə onlara əlavə bilgilər verilməli, adət-ənənələr izah edilməli, turistin öz rahatlığı və aqressiya ilə üzləşməməsi üçün lazım olan təsəvvürlər yaradılmalıdır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 555 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]