altun.az

Azərbaycanlı müğənninin illərdir gizlətdiyi model sevgilisi üzə çıxdı - VİDEO

19-06-2017, 21:55

Azərbaycanlı müğənninin illərdir gizlətdiyi model sevgilisi üzə çıxdı - VİDEO


“Qala” qrupunun rəhbəri, müğənni Ceyhun Əliyev “Sevimli insanım” adlı mahnısına klip çəkidirib.
Altun.az xəbər verir ki, rejissor DeLee-nin ekranlaşdırdığı mahnının söz və musiqisi Ceyhunun özünə məxsusdur. Mahnı və klipdə tərənnüm edilən sevginin gerçək olduğu üzə çıxıb. Belə ki, müğənninin bəhs etdiyi xanım illərdir gizli saxladığı, əslən əcnəbi olan model Ancelinadır.
Müğənni bu sevgisini böyük ekrandan hər kəsə nümayiş etdirib. Bu barədə müğənni özü danışıb: “Mahnı elə-belə yazılmayıb. Mahnı və klipdəki ssenari mənə çox şeyi xatırladır. Ürəyimdən keçənləri nəhayət, misralara düzdüm. İstəyirdim mahnını başqa sənət dostum səsləndirsin, amma düşündüm ki, özüm qədər başqası bunu hiss etməyəcək. Ondan gözəl xanımı bu klipə çəkə bilməzdim. Məhz onu çəkdim və böyük kütlənini ixtiyarına verirəm”.
Qeyd edək ki, çəkilişlər daha çox dəniz kənarında aparılıb. Sevgilisi ilə kamera önünə keçən Ceyhun bu sevginin qarşılıqlı olduğunu hiss etdirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 477 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]