altun.az

Eksternat imtahanlarının nəticələri açıqlandı

23-05-2017, 17:26

Eksternat imtahanlarının nəticələri açıqlandı

Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, əvvəlki illərdə tam orta təhsilini başa vura bilməyən şəxslər üçün mayın 11-dən 13-dək təşkil edilən eksternat imtahanında 374 nəfəri Azərbaycan, 38 nəfəri rus bölməsi olmaqla, 412 nəfər iştirak edib. Onlardan 256 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.
Eksternlər hərəsində 10 sual olmaqla, 3 gün ərzində 13 fənn (ana dili, ədəbiyyat, xarici dil, insan və cəmiyyət, Azərbaycan tarixi, ümumi tarix, iqtisadiyyatın əsasları, riyaziyyat, biologiya, astronomiya, kimya, fizika, coğrafiya) üzrə imtahan veriblər. Rus bölməsi üzrə təhsil almış şəxslər isə əlavə olaraq daha 1 fənndən də (Azərbaycan dili) sınaqdan keçiblər.
Eksternat imtahanlarından uğur qazanan şəxslərin attestat almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirakı zəruridir.
Eksternlər buraxılış imtahanları barədə Dövlət İmtahan Mərkəzinin saytına (www.dim.gov.az) daxil olaraq məlumat əldə edə bilərlər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 457 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com