altun.az

Azərbaycanda hepatit virusundan ölənlərin sayı açıqlanıb

22-05-2017, 14:47

Azərbaycanda hepatit virusundan ölənlərin sayı açıqlanıb

Ötən il Azərbaycanda kəskin hepatit B virusundan 18, C hepatiti virusundan isə 11 nəfər ölüb.

Altun.az xəbər verir ki, bu barədə report-a Dövlət Statistika Komitəsindən bildirilib.

Komitədən qeyd olunub ki, Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2016-cı ildə ölkə üzrə virus hepatitləri (A,B,C və digər formaları) ilə qeydə alınan xəstələrin sayı 319 nəfər təşkil edib. Onlardan 126-da kəskin hepatit B, 120-də isə kəskin hepatit C aşkarlanıb. Ümumilikdə, xəstələrdən 112-si qadın olub.

Xəstələr arasında 0-17 yaşda olan uşaqların sayı 31 nəfər təşkil edib.

Bakı şəhəri üzrə virus hepatiti (A,B,C və digər formaları) ilə 101 nəfər qeydiyyatdadır ki, onlardan 37 nəfəri kəskin hepatit B, 43 nəfəri isə kəskin hepatit C olub. Qadınların sayı isə 37 təşkil edib. Paytaxtda 0-17 yaşda olan uşaqların sayı 6 nəfər təşkil edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 349 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com