altun.az

Sabah 11-ci siniflər imtahan verəcək

15-05-2017, 18:32

Sabah 11-ci siniflər imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) sabah Respublikanın 29 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan şagirdlər üçün Azərbaycan dili və riyaziyyat fənlərindən monitorinq imtahanı keçirəcək.
DİM-dən verilən məlumata görə, qeyd olunan regionlarda keçiriləcək monitorinq imtahanlarında 117 məktəb üzrə 3438 şagirdin iştirakı nəzərdə tutulur. İmtahan saat 10:00 da başlanacaq. Əvvəlcə riyaziyyat, sonra isə Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək. Riyaziyyat fənni üzrə imtahan 1 saat, Azərbaycan dili fənni üzrə isə 45 dəqiqə davam edir.
İmtahan Naxçıvan, Ordubad, Şərur, Gəncə, Şəmkir, Göygöl, Qazax, Ağstafa, Tovuz, Mingəçevir, Şəki, Qəbələ, Qax, Bərdə, Ağcabədi, Göyçay, Zərdab, Ağdaş, İsmayıllı, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Xaçmazda keçiriləcək.
Xatırladaq ki, monitorinq imtahanları Bakı və Sumqayıt şəhərlərində 23 may 2017-ci il tarixində keçiriləcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 486 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com