altun.az

Əvvəlki illərdə imtahandan kəsilənlər üçün şans

3-04-2017, 14:43

Əvvəlki illərdə imtahandan kəsilənlər üçün şans

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün eksternat qaydasında imtahanlar keçiriləcək.
Altun.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən publika.az-a verilən məlumata görə, imtahanlar 11, 12, 13 may tarixlərində keçiriləcək.
Qeydiyyat və sənəd qəbulu aprelin 3-dən 21-dək (yalnız iş günləri) Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılacaq. Eksternat imtahanları 45 nömrəli tam orta məktəbdə keçiriləcək.
Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 3, 4, 5 may tarixlərində saat 10:00-dan 16:00-dək 45 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə biləcəklər.
Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.
Eksternlərin hər günə ən çoxu 5 fənn üzrə imtahan verməsi nəzərdə tutulmuş, hər imtahan günü üçün 3 saat vaxt təyin edilib. Eksternlər hər fənn üzrə 10 suala cavab verəcəklər. Eksternlər tam orta təhsil proqramı üzrə Ana dili, Xarici dil, İnsan və cəmiyyət, Ədəbiyyat, Ümumi tarix, Azərbaycan tarixi, İqdisadiyyatın əsasları, Kimya, Fizika, Riyaziyyat,Biologiya, Coğrafiya, Astronomiyadan imtahan verəcəklər.Rus bölməsi üzrə təhsil almış şəxslər əlavə olaraq 1 fənndən (Azərbaycan dilindən) imtahan verəcəklər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 414 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com