altun.az

Güclü külək məktəbin dam örtüyünü uçurdu - Neftçalada

31-03-2017, 15:43

Güclü külək məktəbin dam örtüyünü uçurdu - Neftçalada

Neftçala rayonunda məktəb binasının dam örtüyü uçub.
Altun.az milli.az-a istinadən xəbər verir ki, Neftçala rayon Fövqəladə Hallar Komissiyasından report-a verilən məlumata görə, bu gün günorta saatlarından etibarən rayonda güclü külək əsməyə başlayıb. Küclü külək nəticəsində rayonun Xıllı qəsəbə 1 saylı tam orta məktəb binasının dam ötüyü uçaraq yerə düşüb. Dərs saatları olmadığından xəsarət alan olmayıb. Lakin, məktəbin binasına ciddi ziyan dəyib.
Qeyd edək ki, məktəb binasının dam örtüyü ötən ilin yayında yenilənmişdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 567 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]