altun.az

"Pegasus" Azərbaycandan uçuşları dayandırdı

4-10-2016, 19:46

"Pegasus" Azərbaycandan uçuşları dayandırdı

Türkiyənin aşağıbüdcəli “Pegasus” aviaşirkəti Azərbaycandan uçuşları dayandırıb.

Altun.az xəbər verir ki, Qəbələ-İstanbul və əks istiqamətə uçuşlar sentyabr ayının 30-dan etibarən dayandırılıb. Şirkətdən tam olaraq səbəb açıqlanmasa da, uçuşların mövsümü xarakterli olduğu üçün dayandırıldığı bildirilib. “Pegasus”dan o da bildirilib ki, Azərbaycana yeganə olaraq Qəbələdən uçuşlar mart ayında yenidən bərpa ediləcək.

Qeyd edək ki, aviaşirkət 2016-cı ilin mart ayından etibarən Qəbələdən uçuşları bərpa etmişdi. Şirkət Qəbələ hava limanından həftədə 3 reys həyata keçirirdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 669 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]