altun.az

İmtahan verəcək şagirdlərə XƏBƏRDARLIQ

3-03-2017, 21:24

İmtahan verəcək şagirdlərə XƏBƏRDARLIQ

Dövlət İmtahan Mərkəzi (DİM) martın 5-də buraxılış imtahanında iştirak edəcək şagirdlərə müraciət edib.

Altun.az xəbər verir ki, DİM-dən apa-ya verilən xəbərə görə, müraciətdə bildirilib ki, şagirdlər imtahana gələrkən imtahana buraxılış vərəqəsini və şəxsiyyəti təsdiq edən sənədin əslini, (Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini; əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini) mütləq gətirməlidirlər.

Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər imtahana gələrkən digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilən və fotoşəkilləri yapışdırılan arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) da gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, şagird imtahana buraxılmayacaq.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi martın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı və Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 568 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]