altun.az

İtkin düşən daha bir neftçinin meyidi tapıldı

28-02-2017, 19:17

İtkin düşən daha bir neftçinin meyidi tapıldı

İtkin neftçi olduğu ehtimal edilən meyit bu gün qəsəbə sakini olan balıqçı tərəfindən tapılıb.

Altun.az-ın modern.az-a istinadən verdiyi xəbərdə bildirilir ki, Güloğlan və Azay Zülfüqarov qardaşlarının yaxın qohumu Hacı Qayıbov məlumat verib.

H.Qayıbov qeyd edib ki, sonuncu dəfə meyiti tapılan Qurbanov Vidadi Cümşüd oğlunun meyitini də həmin balıqçı tapıbmış: "Ələt qəsəbəsində "Hamamdağ” deyilən yerdə qəsəbə sakini olan balıqçı tərəfindən tapılaraq aidiyyatı qurumlara məlumat verilib. Biz özümüz meyitə baxdıq. Tamamilə tanınmaz haldadır. Üzü, başı tamamilə tanınmaz haldadır”.

Qeyd edək ki, Qərargah həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində bu gün fevralın 28- də dənizin "Pirsaat daş silsiləsi” ərazisində kişi meyiti tapıldığını açıqlayıb. Tapılan meyitin, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir. Bildirilib ki, meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, 15 dekabr 2016-cı ildə səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi və ona bitişik olan meydançanı, həmçinin üzərindəki yaşayış budkasını da uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

Onlardan İlham Qafarov, Həsənağa Hacıəliyev və Qurbanov Vidadi Cümşüd oğlunun meyitləri tapılaraq ailələrinə təhvil verilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 616 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]