Impera

XƏBƏR LENTİ
23:38Rusiya növbəti Rusiya-İran-Azərbaycan sammitinə hazırlaşır - Lavrov23:29Bakıda ZƏLZƏLƏ OLMAYACAQ - Rəsmi açıqlama23:06Biz Lavrovdan Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik" - XIN22:55Əgər Tramp geri dursa, bu, İŞİD-in qələbəsi olacaq - Ərdoğan17:38General-leytenant Ayk Kotancyan Paşinyanı hədələdi - Pis olacaq17:12Rəsulzadənin barelyefi tapıldı- Bələdiyyə "oğurlayıbmış"16:56Məktəblərdə iki gün dərs olmayacaq - Sərəncam16:51Qırğızıstanda rus dilinin ləğvi təklif edildi16:47Xəstəxanalar da tam hazır vəziyyətə gətirildi- Nazirlik16:43Sabah ən şiddətli külək bu ərazidə olacaq – Diqqət16:36Menbiçdə dəhşətli partlayış: 5 ABŞ hərbçisi öldü13:39Əgər konkret detallar razılaşdırılsa....- Paşinyan Qarabağla bağlı ilk legitim danışıqlara başlayır13:32Paşinyanla Əliyev arasında heç bir fikir ayrılığı yoxdur – Ruben Rubinyan13:15Məhəmmədəmin bəyin qəlblərdəki barelyefini oğurlamaq yüz ildir kimsəyə nəsib olmayıb.. – Deputat10:11ABŞ-dan Venesuelaya zərbə-Legitim saymır...10:06Ali təhsil müəssisəsi sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər09:48Dövlət ali məktəblərinin nizamnaməsi təsdiqləndi09:40ABŞ Rusiya silahının gücünü qiymətləndirə bilmir-Devid Aks22:44Avtobus gözləyərkən, hərəkətdə olarkən... - XƏBƏRDARLIQ22:36Türkiyə qərarında qətidir - S-400...22:27İfrat təhlükəli hidrometeoroloji təhlükəylə bağlı Qərargah yaradıldı - SOS22:16Sürəti saatda 70 km-ə çatan külək Türkiyədə fəsad törətdi22:10Fərəh Əliyeva komissiya sədri, nazir Əbülfəs Qarayev isə onun müavini təyin edildi - Fərman21:55Ukrayna gəmiləri Kerçdən keçəcək - NATO və ATƏT...21:49Paşinyan Gürcüstana qeyri-rəsmi səfər etdi - Foto09:586 saatdan az, 8 saatdan çox yatan insanların "baş bəlası"- Təhqiqat09:47İŞİD döyüşçüləri Nigeriyanın şimal-şərqində Ran şəhərini ələ keçiriblər.09:34Usubov generalların yerini dəyişdi - Yeni təyinat09:21ABŞ NATO müttəfiqi olan Türkiyə ilə münasibətlərini çox diqqətli bir şəkildə ölçüb-biçməlidir - Çokar09:13Türkiyə də ABŞ tərəfindən yaradılan və İsrailin də fəal olduğu "Cənub cəbhəsi"-nin hədəfindədir - Cingiz Tomar00:08Tramp Ərdoğanla Suriya ilə bağlı razılığa gəldi00:04Bakı Azərbaycanın paytaxtıdır, yoxsa?.. - Tahir Kərimli23:35PKK AB üçün tamamilə terror qruplaşmasıdır - Qərar23:27"Araz Əlizadə də səviyyəsiz, hədsiz dərəcədə barbardır" - Zərdüşt Əlizadə21:11ABŞ PYD-nin təhlükəsizliyini təmin etmədən Suriyadan çıxan deyil - PKK dövləti yaradılır - Ekspert20:56Sürücüm tualetdə olub,.. mənə qarşı kim bunu edib... - Azərbaycanlı müğənni20:02Abşeronda yeniyetmə qız yoxa çıxıb - FOTO19:56CHP oynanılan böyük oyunu görmürsə... - Qurtulmuş19:52Rusiya-Ukrayna müharibəsi...- Xəfiyyə19:47Bıçaqlanan mer xəstəxanada öldü15:293 günlük körpəni qəbiristanlığa atan ana... – Detallar14:26Belə qeyrətsiz adamı, yaxşı ki, öldürdüm - Məhkəmə istintaqı...14:19Polis özbaşınalığına etiraz olaraq, daha bir vətəndaş özünü yandırdı13:42İlham Əliyev və xanımı yeni xəstəxananın açılışında - Foto13:38Boltonun İrana zərbə endirmək təklifi provokasiyadır - ABŞ MN12:11İŞİD-in PKK və YPG ilə heç bir fərqi yoxdur - Trampın təhdidinə cavab - Video12:06Bakı bulvarından BDU-ya - Maraqlı təyinat12:02İrəvanda kürd əsilli deputat yeni parlamentin açılışını etdi11:54İranda "Boinq 707" yük təyyarəsi qəzaya düşdü- 10 ölü - Foto/Video11:45YUNESKO ensiklopediyasına düşən alimimiz11:3327 yaşlı gənci taksidə döyüb öldürdülər - Dəhşət20:35Azərbaycanda həyatdan bezdirilən polis özünü güllələdi20:27Bakıda dəhşətli qəza, ölənlər var20:12ABŞ Qətərdə hərbçilərinin sayını artırır20:09İngilislər Rayan Babel üçün Türkiyəyə 2 milyon avro ödəyəcək20:04İkitərəfli hərbi-texniki əməkdaşlıq suveren dövlətlərin haqqıdır - Zaxarova19:59Avropada böyük müsəlman dövləti yaranır-Balkan böhranı15:57Gürcüstanda Azərbaycanlı qız anasını onu bıçaqlamağa vadar edib14:24Şirvanda iki avtomobil toqquşdu — Yaralılar var14:16Azərbaycan da FETÖ-çu generalı istintaqa cəlb etdi14:08Donald Trampın qərarları sayəsində dünyada hakimiyyət vakuumu yaranır: Dünya liderliyini itiririk - İvo Daalder14:02Adnan Oktar həbsxana şəraitindən Ərdoğana məktub ünvanladı13:57Biz partiya və siyasi cəhətdən mürəkkəb respublikadayıq - Heydər Əliyev Hafiz Əsəddən...istəyib13:42Suriya və başqa ölkələrdə minlərlə hədəfə hücum təşkil etmişik12:57Pekin Moskvanı Qərbin təzyiqlərindən müdafiə etmək niyyətində deyil - “Nəşnl İnterest”12:50Knyazın qəbri də Varfolomeyə verilir - Ukrayna22:18Ramil Usubovdan komandirlərə tələb - Foto22:11Rusiyanın kosmosla əlaqəsi kəsildi21:26Haqq verilmir, alınır - Fransada 32 min etirazçı...21:21Rusiya ilə razılıq əldə etmək yaxşı şeydir - Tramp18:52Bakıda qaçırılmış avtomobil Tovuzda sökülmüş vəziyyətdə tapıldı18:48DGK-nın iki vəzifəli əməkdaşı həbs olundu18:37Pompeo Obamanı təhqir etdiyinə görə utanmalıdır – Brennan18:28"Nəticələrini gözləməyə çağırıram" -Azay Quliyev Mehmanla bağlı müraciət yaydı13:46Azərbaycana ilin ilk medallarını karateçilər qazandırdı13:28Ölkənin adı dəyişdirildi, müxalifət ayağa qalxdı13:25Zaxarova 1941-də bir almanı SSRİ-yə gəldiyinə görə Sibirə göndərərdi - Kamran Rüstəmov13:15"Dərviş" Parisi partlatdı - Foto10:24ABŞ hərbi gəmilərini Suriyaya göndərdi10:21BDU-nun kafedra müdiri dünyasını dəyişdi09:46Dəfn mərasimlərində yeni qaydalar tətbiq olunacaq — VİDEO09:40Trampın Davos İqtisadi Forumundan imtinası dünya ölkələrinə ciddi bir mesajdır.09:29Xarici diplomatlar Mehmanla görüşdülər - Foto00:18DGK dövlət büdcəsinə 3 milyard köçürdü - Səfər Mehdiyev00:12Prezident olan kimi onların əllərini kəsəcəyəm - Namizəd14:33Rusiya: ABŞ bu ölkəyə müdaxilə edir13:31Prezident 2019-cu ili “Nəsimi İli” elan etdi12:15Berlindən Vaşinqtona: Sanksiya tətbiq etsəniz...11:47Qətər əmiri İraqa söz verdi: 1 milyard dollar…10:27Kikboksinq üzrə Azərbaycan çempionu həlak oldu...10:14Bakı-Sumqayıt qatarları iki gün işləməyəcək21:35ABŞ-ın sanksiyalarına riayət etməyəcəyik - İran21:27İranlıları Suriyadan çıxaracağıq - M.Pompeo21:23PYD kürdləri təmsil etmir - Kürd şurası nümayəndəsi Nuri Brimo21:18Qubadakı dəhşətli qəzanın səbəbi bilindi - Foto19:54Nuhun gəmisinin Ağrı dağında olduğunu amerikalı alim də təsdiq etdi19:45Şəmkirdə avtomobil qəzası 2 can aldı23:53ABŞ hipersonik güllələri işə saldı - Yeni metod23:47Tiflisdə 10 azərbaycanlının üzərinə maşın sürüldü - 1 ölü, 9 yaralı19:27Milyonçunun arvadını oğurlayıb 9 milyon avro tələb etdilər - Rəsmi
BÜTÜN XƏBƏRLƏR

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı?

27 fev 2017, 11:57   
Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı?

Təhsil Nazirliyi (TN) bəzi orta məktəblərin statusunun və tipinin dəyişdirilməsi – tam orta məktəblərin bundan sonra ümumi orta məktəb kimi fəaliyyət göstərəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Altun.az xəbər verir ki, nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov trend-ə bildirib ki, TN-yə də bu barədə müraciətlər daxil olub.

Belə müraciətlər daxil olduğu zaman müvafiq izahatların verildiyini deyən A.Əhmədov yayılan söhbətlərin heç bir əsasının olmadığını söyləyib. Nazirlik rəsmisi bu cür məlumatların haradan qaynaqladığını da açıqlayıb.

Onun sözlərinə görə, ümumi, yəni 9 illik icbari orta təhsil səviyyəsindən sonra - tam orta təhsil səviyyəsində təhsilin təmayüllülər üzrə təşkil olunması 2009-cu ildə qəbul olunmuş “Təhsil haqqında” qanunda təsbit olunub. Bu məsələ Təhsilin İnskişafı üzrə Dövlət Strategiyasında da öz əksini tapıb.

A.Əhmədov əlavə edib ki, 2011-ci ildən 5 məktəbdə pilot şəkildə həyata keçirilən tam orta təhsil səviyyəsi üzrə təhsilin təmayülləşməsi layihəsi hazırda 182 məktəbdə sınaqdan keçirilir. Təmayülləşmənin tətbiq olunduğu pilot məktəblər əksər rayon, şəhərləri əhatə edir.

Nazirlik rəsmisi qeyd edib ki, təmayül sinfin yaranması üçün məktəbdə paralel siniflərin olması çox vacibdir. Çünki şagirdlərin meyil və maraqları nəzərə alınmaqla formalaşdırılan təmayül siniflərə məktəbin 9-cu sinfini bitirən bütün şagirdlər deyil, seçdikləri fənlər üzrə müvəffəq qiymətlə oxuyanlar, imtahan nəticələri yaxşı olan və fənn müəliminin müsbət rəy verdiyi şagirdlər cəlb olunmalıdır:

“Lakin bir fakt da məlumdur, - bu, xüsusilə kənd rayonlarına aiddir - burada məktəblərdə 9-cu sinfi bitirən şagirdlərin sayı azdır. Bizim kənd rayonlarında elə məktəblərimiz var ki, oradakı 9-cu sinfin sayı cəmi 1-dir. Xeyli məktəbimiz var ki, orada şagirdlərin sayı çox aşağıdır. 5 nəfərdən, 7 nəfərdən ibarət olan 9-cu sinif də var. Təbii ki, bu prosesdən bir çıxış yolu axtarmaq lazımdır və elə etmək lazımdır ki, şagirdlərin təhsil hüquqları pozulmasın. Burada vəziyyətdən çıxış yolu nədir? Biz belə bir yol fikirləşdik ki, hər bir rayonda kompaktlıq mənasında zonalar müəyyənləşdirək və o zonaya daxil olan məktəblərdən 1 və ya 2-si seçilsin və orada təmayüllü siniflər təşkil olunsun. Təmayül siniflər təşkil olunduqda onun infrastrukturu, maddi-texniki bazası, tədris bazası nəzərə alınır.

Bu aspektdə müəyyən işlər görməyə başladıq. Bu proseslərlə bağlı belə bir məsələ çıxdı ki, guya hansısa tam orta məktəb ümumi orta məktəbə keçir. Yəni, burada təmayül siniflərin yaradılması baş tutmur, ona görə də bu məktəb ümumi orta məktəb olacaq. Birincisi, onu deyim ki, indiyədək hər hansı bir məktəbin bağlanması, onun tipinin dəyişdirilməsi barədə heç bir qərar qəbul olunmayıb. Ən azı ona görə ki, bu il 10-cu sinifdə oxuyan şagirdlər gələn il 11-ci sinif şagirdi olacaqlar. Ona görə də o məktəbin tipinin ləğvindən söhbət gedə bilməz”.

A.Əhmədov bildirib ki, məktəblərdə təmayül siniflər yaradılarkən adi siniflər də təşkil edilir. Təmayül siniflərdə oxuya bilməyən şagirdlər könüllülük əsasında adi siniflərdə təhsillərini davam etdirə bilərlər.

A.Əhmədov əlavə edib ki, ümumiyyətlə, TN təmayülləşmənin tətbiqi və bu prosesin davam edilməsi ilə əlaqədar müvafiq qərarları real vəziyyəti nəzərə almaqla qəbul edəcək:

“Biz çalışacağıq ki, bu proses problemsiz olsun və şagirdlərin mənafeyi gözlənilməklə həyata keçirilsin. Biz təhsil şöbələrinin müdirlərinin, ondan əvvəl təhsil şöbəsinin bu işə məsul olan işçilərinin iştirakı ilə dəfələrdə yığıncaq keçirmişik.

Bu məsələ ilə bağlı yerlərdə izahat işləri aparılır, amma bu işi müəyyən mənada əksinə başa düşən insanlar da var. Ona görə belə narazılıq doğuran məsələ yaranır. Əsas məqsəd ilk növbədə şagirdlərin mənafeyinin təmin olunmasıdır. Çalışacağıq ki, bütövlükdə ümumi mənafeyə ziyan dəyməsin və problemlər yaranmasın. Yaranacaq istənilən problemi aradan qaldırmağa çalışacağıq”.
OXŞAR MÖVZULAR