altun.az

Masallıda bəy toy günü gəlini niyə şapalaqladı? - TƏFƏRRÜAT

3-10-2016, 11:28

Masallıda bəy toy günü gəlini niyə şapalaqladı? - TƏFƏRRÜAT

Masallı rayonunun Xocavar kəndində bəyin kobud hərəkəti nəticəsində toyda gəlinsiz qalması barədə dünən məlumat yayılmışdı.
Rayon sakinlərinin verdikləri məlumata görə, avqustun 18-də toy günü bəy bəzənməsi üçün gəlini gözəllik salonuna gətirib. Elə orada bəylə gəlin arasında mübahisə düşüb. Əsəbiləşən bəy gəlinə şillə vurub.

Bundan sonra gəlin ona ərə gəlmək istəmədiyini deyərək bəy evinə getməkdən imtina edib və salonu tərk edib. Gəlini gətirə bilməyən oğlan evi toyu gəlinsiz keçirmək məcburiyyətində qalıb. Gecə saat 02.00-a qədər toy olub, vur-çatlasın davam edib. Toyun səhəri gün qızın ailəsi gələrək cehizləri geri qaytarıb.

Altun.az xəbər verir ki, qonşu kənddən olan qızla oğlan bir ay əvvəl nişanlanıblar. Toy günü gözəllik salonunda gəlinin bəylə gəlinlik paltarı üstündə mübahisəsi düşüb. Gəlinin açıq-saçıq gəlinlik paltarı seçməsi bəyin xoşuna gəlməyib. Qız isə israrla həmin paltarı geyinəcəyini bildirib. Bəy isə dözməyərək ona bir şapalaq vurub. Sonda isə ailə qurulmadan dağılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 040 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]