altun.az

Buraxılış imtahanları verənlərə ŞAD XƏBƏR

18-01-2017, 19:13

Buraxılış imtahanları verənlərə ŞAD XƏBƏR

"Tam orta təhsil (XI sinif) səviyyəsi üzrə buraxılış imtahanı qaydalarında dəyişiklik edilməyib".

Altun.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Afiqə Batıyeva IX və XI sinif üzrə buraxılış imtahanları zamanı tətbiq olunacaq yeni qaydalara həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, IX sinif üzrə I mərhələdə şagirdlərə Azərbaycan dili (rus dili) fənnindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 10 açıq tipli, 10 qapalı tipli, Riyaziyyat fənnindən 10 açıq tipli, ümumilikdə 30 test tapşırığı təqdim ediləcək: "Bundan başqa, şagirdlər I mərhələdə təqdim edilmiş mövzulardan birini seçməklə könüllük əsasında esse yazmalıdırlar. II mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test təqdim edilir".

A.Batıyeva qeyd edib ki, IX və XI siniflər üzrə buraxılış imtahanlarının keçirilməsi dövlət büdcəsindən maliyyələşdirilir və təhsil alanlar üçün ödənişsizdir.(apa)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 488 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com