altun.az

Azərbaycanda talassemiyadan ölənlərin sayı beş dəfə azalıb

14-01-2017, 19:23

Azərbaycanda talassemiyadan ölənlərin sayı beş dəfə azalıb

Respublika Talassemiya Mərkəzində (RTM) talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunması hesabına son 10 ildə bu xəstəlikdən ölüm göstəricisi 5 dəfə azalıb.

Altun.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda 2800-dən artıq xəstə bu mərkəzdə daimi müalicə alır. RTM-də irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyi transplantasiyası əməliyyatına başlanandan bu günə qədər 42 uşağa, o cümlədən 30 talassemiyalı, 12 onkohematoloji xəstəyə ilik köçürülüb. Bu xəstələrdən ən kiçiyinin 2, ən böyüyünün 19 yaşı olub.

Qeydiyyatda olan 1541 hemofiliyalı xəstəyə Dövlət Proqramı çərçivəsində göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, faktor preparatları ilə davamlı təminat nəticəsində onların həyat keyfiyyətinin yaxşılaşmasına və bu xəstəlikdən ölüm hallarının azalmasına nail olunub.(apa)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 453 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com