altun.az

Qənirə Ataşovanın ölkədən çıxışına qadağa qoyuldu – ÖZƏL

24-12-2016, 09:21

Qənirə Ataşovanın ölkədən çıxışına qadağa qoyuldu – ÖZƏL

Fəaliyyəti dayandırılan ANS TV-nin Vaşinqton bürosunun keçmiş rəhbəri, telejurnalist Qənirə Ataşovanın ölkədən çıxışına qadağa qoyulub.

Altun.az xəbər verir ki, publika.az-ın rəsmi mənbədən əldə etdiyi məlumata görə, bir neçə ay öncə Qənirə Ataşova Türkiyəyə səfər etmək istəyərkən, Heydər Əliyev adına Beynəlxalq Hava Limanından geri qaytarılıb və ölkə xaricinə getməsi ilə bağlı qadağa qoyulması barədə ona məlumat verilib. Telejurnalistin Türkiyəyə səfər etmək üçün aldığı bilet isə ləğv edilib.

Xatırladaq ki, Qənirə Ataşova ANS-in Vaşinqton bürosunun rəhbəri olan zaman ABŞ-da “FETÖ” lideri Fətullah Güləndən müsahibə alması ilə gündəmə gəlib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 664 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]