altun.az

Bakıda nişanlı qızlarının toyuna hazırlaşan ata öldü

11-12-2016, 19:54

Bakıda nişanlı qızlarının toyuna hazırlaşan ata öldü

İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Altun.az xəbər verir ki, hadisə ötən gecə Bakı şəhərinin Binəqədi rayonunda qeydə alınıb.

İsmayıllı rayonu Aşağıbaş kənd sakini, 1971-ci il təvəllüdlü Qəniyev Azad Cavid oğlu Bakıda kirayə yaşadığı evin hamam otağında çimərkən kustar üsulla quraşdırılan su qızdırıcısının nasazlığı səbəbindən dəm qazından zəhərlənib. Dörd uşaq atası olan A.Qəniyevin zəhərlənməsindən ailə üzvləri gec xəbər tutub və o, köməksiz vəziyyətdə qalaraq dünyasını dəyişib.

A.Qəniyev Bakıda usta işləyib və nişanlı olan iki qız övladının bu yaxınlarda olacaq toy mərasiminə hazırlaşırmış. Onun meyiti bu gün yaşadığı İsmayıllı rayonuna gətirilib.

Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 517 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com