altun.az

Bakıda məktəbdə OLAY: Müəllim şagirdə "səndən iyrənirəm" dedi

9-12-2016, 15:22

Bakıda məktəbdə OLAY: Müəllim şagirdə "səndən iyrənirəm" dedi

Bakının 123 saylı məktəbində ibtidai sinif müəllimi Kənan adlı şagirdi təhqir edib.

Altun.az xəbər verir ki, bu barədə sosial şəbəkədə tanınmış teleaparıcı Aytən Səfərova yazıb:

"Kəmalə adlı "müəllim" üçüncü sinif şagirdi olan Kənan adlı oğlana "səndən iyrənirəm" deyib. Özü də dəfələrlə. Kəmalə "xanım", uşaqları məktəbdən iyrəndirən sənin kimi "müəllim" adına ləkə gətirənlərdir. Ayıb olsun. İmkansız, kasıb ailə uşağına köynəyinin rənginə görə "iyrənirəm" söyləyirsən".

Olke.az-ın əməkdaşı məsələylə bağlı sözügedən müəllimlə əlaqə saxlayıb. Kəmalə Quliyeva iddiaları təkzib edib:

"Qətiyyən elə söz olmayıb. Dəfələrlə o uşağın nənəsinə demişəm ki, uşağın üstünü təmiz saxlayın. Məktəbə o cür çirkli paltarla uşaq gətirmək olarmı? Uşağa da, nənəsinə də demişəm ki, bu formada məktəbə gəlməzlər. Kənanın anası onunla ümumiyyətlə maraqlanmır, atasını dəfələrlə çağırmışam. Atası maşınla məktəbin qapısına da gəlib. Demişəm, atanı gördüm, maşınla qapıya gəlir, onu çağır, sinif rəhbəri kimi onunla söhbətim var. O uşaq bu il ərzində cəmi 1-2 dəfə məktəbə gəlib. Özündən başqa bacı-qardaşı da var. Onlar haqda dəqiq danışa bilmərəm, amma baxanda bilinir ki, natəmizdirlər. O uşaq dərs oxumur, gündəliyinə yazıram ki, hazır deyil. Kənan məktəbə də gəlmir. Müəllim güzəştə gedir, hörmət edir. Amma müəllimə qarşı belə etmək doğru deyil".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 575 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com