altun.az

Azərbaycanda 65 minə yaxın körpə ölüb

8-12-2016, 20:17

Azərbaycanda 65 minə yaxın körpə ölüb

Son 25 ildə Azərbaycanda 1 yaşına qədər ölən körpələrin sayı açıqlanıb.

Altun.az-ın statistik məlumatlara əsasən verdiyi xəbərə görə, 1990-2015-ci illər ərzində 64556 körpə ölümü baş verib ki, onlardan 31 484-ü şəhər, 33 072-i isə kənd yerlərində olub.

Bu illər ərzində ən çox körpə ölümü 1993-cü ildə (4989), ən azı isə 2015-ci ildə (1580) qeydə alınıb.

Ötən 25 ildə hər 1000 nəfər diri doğulana düşən körpə ölümlərinin də göstəricisi (faizi) xeyli aşağı düşüb. Belə ki, əgər 1990-cı ildə Azərbaycanda körpə ölümü hər 1000 diri doğulana 23% təşkil edibsə, 2015-ci ildə bu rəqəm 11% olub.

2015-ci ildə baş verən körpə ölümlərinin sayı əvvəlki illərlə müqayisədə artıb. 1999-2014-cü illər ərzində Azərbaycanda baş verən ölümlərin sayı 2 mini keçməyib. Lakin ötən il 1 yaşınadək ölən körpələrin sayı bir qədər artaraq 2033 nəfər olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 493 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com