altun.az

Deputatdan əhaliyə məsləhət: “Hər kəs ayağını yorğanına görə uzatmalıdır”

4-12-2016, 01:00

Deputatdan əhaliyə məsləhət: “Hər kəs ayağını yorğanına görə uzatmalıdır”

“Azərbaycan hökuməti reallıqları nəzərə alaraq 2017-ci ilin büdcə layihəsini Milli Məclisə təqdim edib. Eyni zamanda müvafiq qurumlar da mövcud vəziyyəti, valyutaların məzənnəsini nəzərə almağı bacarıblar. Biz mövcud reallıqları nəzərə almaqla öz həyatımızı bu büdcə əsasında qurmalıyıq”.

Altun.az-ın Politika saytına istinadən məlumatına görə, bunu 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

O, qeyd edib ki, gələn ilin dövlət büdcəsi gərgin qlobal və ölkədaxili şərait nəzarə alınaraq hazırlanıb.

Vitse-spiker çıxışını bədbin notlar üzərində qurub və cəmiyyətə xəbərdarlıq edərək “hər kəs ayağını yorğanına görə uzatmalıdır” – söyləyib.

“Neftin dünya bazarında ucuzlaşması və manatın devalvasiyası tələb edir ki, insanlar qənaət rejiminə keçsin, əhali yoxsul yaşamağa öyrəşsin, 2017-ci ilin daha çətin olacağını nəzərə alaraq hökumətdən gözləntilərinizi sonraya saxlayın”.

Xəbər portalı qeyd edir ki, neft gəlirləri hesabına korrupsiyalaşmış büdcəni doldurmaq, şişirdilmiş layihələrə sərmayələr yatırmaq artıq arzu kimi görünür, çünki neft qiymətin artıb yenidən 120 dollar civarında olmasıheç üfüqdə də görsənmir. Azərbaycanda neft hasilatının piki 2010-cu ildə, neftdən əldə edilən gəlirlərin ən yüksək səviyyəsi isə 2011-ci ildə qeydə alınıb. Yalnız o ildə Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 19,8 milyard dollar daxil olub. Müqayisə üçün onu qeyd edilir ki, ARDNF ötən il neft hasil edilmiş mənfəət neftinin və qazın satışından 7,2 milyon ABŞ dolları vəsait əldə edib.

Politika.az-a görə nefti unudub, digər sahələrdə mövcud və perspektiv imkanları və resursları səfərbər etmək üçün hərtərəfli islahatlara başlamaq labüddür. Çünki hər şeyin qiyməti qalxır, bircə həyat səviyyəsi aşağı enir.

“Məsələn, son olaraq Azərbaycanda bəzi məhsulların qiymətində bahalaşma müşahidə olunur. Məlum olub ki, bu gündən etibarən bəzi çay məhsullarının qiymətində artım qeydə alınıb. Belə ki, “Beta” və “Champion” çaylarının qiyməti bütün çeşidlər üzrə 8-10% həcmində bahalaşıb.” – sayt qeyd edir.

“Bununla yanaşı, “Milla” süd və süd məhsullarının qiymətində də artım var. Mağazalardan əldə etdiyimiz məlumata görə, bu məhsullarda da bahalaşma 10% səviyyəsindədir. Hər gün iş yerləri qapadılır, istər özəl, istər dövlət müəssisələrində ixtisarlar gedir, vergi bazası daralıb. Ölkə sürətlə böyük böhran dövrünə daxil olur. O biri tərəfdənsə, devalvasiya alıcılıq qabiliyyətini minimuma endirib, yoxsulluq və işsizliyin miqyası genişlənib”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 451 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]