altun.az

Azərbaycanda rus dilində təhsil alan şagirdlərin sayı açıqlandı

28-11-2016, 13:33

Azərbaycanda rus dilində təhsil alan şagirdlərin sayı açıqlandı

“Azərbaycanın orta məktəblərində 90 min şagird rus dilində təhsil alır”.

Altun.az xəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov “Təhsil, elm və mədəniyyət sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının vəziyyəti və perspektivləri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, rus dilinin Azərbaycanda öyrənilməsi multikulturalizm prinsipinə əsaslanır.

“Bu gün 340 orta məktəbdə 90 min şagird rus dilində təhsil alır. 450 mindən çox şagird isə rus dilini xarici dil kimi öyrənir”, - deyə nazir qeyd edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 453 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com