altun.az

İRƏVANA GEDƏN AZƏRBAYCANLI STİLİST XALQIMIZI TƏHQİR ETDİ: “AĞZINIZDAN ZİR-ZİBİL TÖKÜLÜR…”

22-11-2016, 14:49

İRƏVANA GEDƏN AZƏRBAYCANLI STİLİST XALQIMIZI TƏHQİR ETDİ: “AĞZINIZDAN ZİR-ZİBİL TÖKÜLÜR…”

Əslən Azərbaycandan olan stilist Nazilə Mehdiyevanın erməni rəfiqəsinin toyuna qatılmaq üçün həmin ölkəyə getməsi böyük səs-küyə səbəb olub.

Altun.az xəbər verir ki, onun bu səfəri ölkədə birmənalı qarşılanmayıb və stilist söz atəşinə tutulub.

Bundan sonra Nazilə “İnstaqram” hesabından yazılı açıqlama verib və xalqı təhqir edib: “Mən bilmirdim ki, Azərbaycan mediası və xalqında bu qədər səs-küy yarada bilərəm. Hamıya birdəfəlik cavab verəcəm. Mən Rusiyada doğulmuşam, oranın vətəndaşıyam. Azərbaycana və Ermənistana rahat şəkildə gedə bilərəm. Buna heç kəs heç nə deyə bilməz. İnsanların ailəmə və övladlarıma toxunması məni əsəbiləşdirir.

Məcbur qalıb bu açıqlamanı yayıram. Bəli, qanım təmiz azərbaycanlı qanıdır. Rəfiqəmin toyuna getməyim sizi niyə bu qədər narahat edir? İdmançılar, siyasətçilər, adi insanlar İrəvana gedə bilir, onda niyə susursuz? Özünüzdən sirk yaratmayın, siz insansınız, qoyun sürüsü deyilsiniz. Xahiş edirəm öz fikriniz olsun, siyasətdən asılı olmayın. Mən rəfiqəmin toyuna getmişəm.

Məgər, sizin əsgərlərinizi şəxsən o öldürüb? Bəsdirin, biz sakitlik, xalqımız arasında sülh istəyirik. Siz isə məni tanımadan ləkələyirsiz. Öz yazdıqlarınızı özünüz oxuyun. Mən Ermənistana getdim deyə pis oldum, siz isə yaxşı? Baxın, ağzınızdan zir-zibil tökülür”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 662 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]