altun.az

Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO

20-04-2019, 11:14

Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO

Ötən gecə Naxçıvan Muxtar Respublikasında qarlı hava şəraiti müşahidə edilib.
Altun.az xəbər verir ki, gecədən başlayan qarlı hava şəraiti hələ də davam edir.
Lerik rayonuna da güclü qar yağıb. Qarın hündürlüyü dağlıq ərazidə 10-15 sm-ə, digər ərazilərdə isə 3-4 sm-ə bərabər olub.
Ötən gecədən isə Azərbaycanın şimal bölgəsinə qar yağır.
Altun.az-ın məlumatına görə, Qubanın bir neçə dağ kəndi artıq ağ örpəyə bürünüb.
Qar meyvə ağaclarına zərər vurub.
Məlumata görə, hazırda sözügedən bölgələrdə qar yağıntısı davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün, aprelin 20-də rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə yağıntının leysan xarakterli, intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO
Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO
Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 573 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]