altun.az

Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto

30-03-2019, 13:43

Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.
DSX-dən Altun.az-a verilən məlumata görə, səfər çərçivəsində yerli ictimaiyyət nümayəndələri ilə görüşlər keçirilmiş, dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi məqsədilə sərhədçilərə göstərilən hərtərəfli dəstəyə görə minnətdarlıq bildirilmiş, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub.
Dövlət Sərhəd Xidmətinin rəisi Qazax rayonunun icra hakimiyyətinin başçısı və yerli ictimaiyyət nümayəndələri ilə birgə təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində olub, burada aparılan mühəndis təminatı və döyüş mövqelərinin möhkəmləndirilməsi işlərinə yerində baxış keçirmiş, zabit və əsgərlərlə söhbət aparıb, xidməti-döyüş fəaliyyətinin nəticələri haqqında məruzələri dinləyib.
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişlərinə uyğun olaraq xidməti ərazidə müasir sərhəd mühafizə infrastrukturunun formalaşdırılması, şəxsi heyət üçün lazımi xidməti və məişət şəraitinin yaradılması, hərbi hissələrdə və bilavasitə təmas xəttində yeni xidməti binaların və əsgər kazarmalarının inşa edilməsi istiqamətində görülən işlərin gücləndirilməsi barədə tapşırıqlar verib.
Səfər çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəisi və digər vəzifəli şəxslər mart ayının 26-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatı nəticəsində Füzuli rayonu istiqamətində şəhid olmuş Qazax rayonunun Yuxarı Salahlı kənd sakini əsgər Əlləzov Əlləz Ələddin oğlunun yas mərasimində iştirak edib, qəhrəman əsgərin valideynlərinə baş sağlığı veriblər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 547 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]