altun.az

Mağazalar sığortalı olsaydı, sahibkarlar nəinki göz yaşı tökməz, heç,...- Ekspert

27-03-2019, 14:41

Mağazalar sığortalı olsaydı, sahibkarlar nəinki göz yaşı tökməz, heç,...- Ekspert

“Diqlas” Ticarət Mərkəzində baş verən dəhşətli yanğından sonra məlum oldu ki, mərkəzdə fəaliyyət göstərən mağazaların heç birinin sığortası yoxdur.
Maraqlıdır, sahibkarlar niyə mallarını sığorta etdirməyə o qədər də meyilli deyil?
Mövzu ilə bağlı Altun.az-a danışan hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, sahibkarların öz dükanlarını sığorta etdirməməsinə səbəb elə sığorta şirkətlərinin özləridir.
Hüquqşünas bildirib ki, ümumiyyətlə, bizim ölkədə könüllü sığorta yox dərəcəsindədir:
“Sığorta şirkətləri icbari sığortaların və qanunda "könüllü" kimi nəzərdə tutulsa da, əslində məcburi olan sığortaların (məsələn, girov və ya lizinq predmetinin sığortası və s.) hesabına mövcuddur. Vəziyyəti isə ilk növbədə sığorta şirkətləri özləri və bu sahədə dövlət idarəçiliyini həyata keçirən qurumlar dəyişməlidir. Sığorta xidmətini elə real və mükəmməl etmək lazımdır ki, sahibkar işə başlamazdan əvvəl ilkin addımlar sırasında sığorta müqaviləsini bağlamağı düşünsün.
Məsələn, dünənki kimi hadisə inkişaf etmiş sığorta bazarı olan ölkədə olanda sahibkar nəinki malı üçün göz yaşı tökür, hətta yaxına gəlib zəhərli tüstünü də udmaq istəmir”.
Hüquqşünas bildirib ki, xüsusilə ictimai yerlərdə - çoxmənzilli binalarda, ticarət obyektlərində, şou məkanlarında, təhsil müəssisələrində və s. yanğından mühafizə qaydaları heç vaxt unudulmamalıdır:
“Hazırda ölkəmizdə, xüsusən də Bakıda tikinti norma və qaydalarına məhəl qoyulmadan sıx məskunlaşma, xüsusən iri ticarət obyektlərinin ətrafında mövcud olan vəziyyət ciddi narahatlıq yaradır. Unutmaq olmaz ki, hər il dünyada yanğınlar 85-90 min insanın həyatına son qoyur”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 451 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]