altun.az

Ermənistanda cəza alan əsgərlər Dağlıq Qarabağa göndərildi - 600 qiyamçı...

23-03-2019, 17:27

Ermənistanda cəza alan əsgərlər Dağlıq Qarabağa göndərildi - 600 qiyamçı...

Ermənistan Müdafiə Nazirliyinin Mehri şəhərində yerləşən hərbi hissəsində əsgərlər qiyam təşkil ediblər.
Altun.az xəbər verir ki, bu barədə “Epress.am” saytı məlumat yayıb. Qiyama səbəb əsgərlərin bir zabitin davranış qaydasından narazı qalması olub.
Nəticədə bir neçə əsgər əvvəlcə hərbi hissəni tərk etsə də, sonradan geri qayıdıb. İnsidentin qarşısının alınmasından sonra 20 hərbçi cəzalandırılaraq, əvvəlcə Qafan hərbi polisinə təhvil verilib, oradan isə Dağlıq Qarabağa xidmət üçün göndərilib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan məsələ ilə bağlı öz Feysbuk səhifəsində açıqlama yayıb. Açıqlamada Ovanisyan zabitlərin heç bir günahının olmadığını, guya bir neçə nizamsız əsgərin xüsusi şəraitdə xidmət edib, xüsusi geyim geyinmək, digərlərindən kənarda qidalanmaq istədiyini bildirib. O, bu əsgərlərin digər hərbçiləri də öz yanlarına çəkərək, onları qiyama qaldırmaq istədiklərini söyləyib.
Ovanisyan qiyam qaldıran əsgərlərin sayının 600 nəfər olmasıyla bağlı yayılan məlumatları da təsdiqləməyib. Mətbuat katibi insidentlə bağlı bir neçə hərbçi və zabitin cəzalandırılacağını, eləcə də bəzi zabitlərin öz vəzifələrindən çıxarılacağını bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 327 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]