altun.az

Qazaxıstanda Astana Nursultan olacaq?.. - Yaralananlar var

21-03-2019, 14:50

Qazaxıstanda Astana Nursultan olacaq?.. - Yaralananlar var

Qazaxıstan paytaxtının adının dəyişdirilməsinin tərəfdarları və əleyhdarları arasında Astana meriyasının binası qarşısında kütləvi dava düşüb. Asayış keşikçiləri aksiyaya müdaxilə edib, hər iki tərəfdən saxlanılanlar var.
Altun.az-ın məlumatına görə bu barədə “RİA Novosti”nin Qazaxıstandakı müxbiri xəbər verir.
Rəsmi rəqəmlər açıqlanmasa da, insidentdən sonra 20-yə yaxın dava iştirakçısının saxlanıldığı bildirilir.
İnsident Novruz şənliyinin keçirildiyi meydanda qeydə alınıb.
Bundan əvvəl sosial şəbəkələrin Qazaxıstan seqmentində paytaxta Nursultan adının qoyulmasından narazı olan bir qrup ictimai fəal, insanları meriya binası qarşısına toplaşaraq, dinc etiraz aksiyası keçirməyə çağırmışdı. Bundan başqa internetdə “Nursultan” əleyhdarları onlayn petisiya başladıb. Elektron sənədi artıq 32 mindən çox insan imzalayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 288 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]