altun.az

Usubov Səbail rayon DYP-nə rəis təyin etdi

4-03-2019, 11:53

Usubov Səbail rayon DYP-nə rəis təyin etdi

Daxili İşlər naziri general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Mehman Fətəliyev Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Altun.az xəbər verir ki, o bu təyinata qədər Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi olub.
Qeyd edək ki, M.Fətəliyev yeni idman növlərindən sayılan qrapplinqlə məşğul olur. Bir neçə uğurlara imza atan polis zabiti sonuncu dəfə Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanmışdı.
Xatırladaq ki, bundan öncə Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Cəmşid Hənifəyev idi. O, ötən ay R.Usubovun əmri ilə tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 561 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com