altun.az

Qobustanda yol qəzası baş verib- Səbəb

17-02-2019, 12:21

Qobustanda yol qəzası baş verib- Səbəb

Bakı-Şamaxı-Yevlax yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Altun.az-ın məlumatına görə, zəncirvari qəza yolun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Yolun qarlı və dumanlı olması səbəbindən Şamaxı istiqamətində hərəkətdə olan "Ford" markalı maşın beton arakəsməyə dəyərək əzilib. Avtomobili ərazidən təxliyyə etməyə gələn evakuator hadisə yerində dayanan zaman, "Opel" və "Lada" markalı iki minik avtomobili arxadan ona çırpılıb. Nəticədə maşınların 4-dü də əzilib.
Qəza zamanı 1991-ci il təvəllüdlü Şəki rayon sakini Mirhəmədov Rövşən Hacı oğlu xəsarət alıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 279 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com