altun.az

Bəzi məmurlarımız təəssüf ki, hələ nəticə çıxarmayıb” – Rəşid Mahmudovdan çağırış

8-02-2019, 16:16

Bəzi məmurlarımız təəssüf ki, hələ nəticə çıxarmayıb” – Rəşid Mahmudovdan çağırış

Bütün məmurlar İlham Əliyev kimi olmalıdır. Bir müddət əvvəl şəhid ailələri haqqında Prezident sərəncam versə də, bu sahədə bəzi xoşagəlməz hallar müşahidə edildi. Amma Prezident və xanımı təşəbbüsü dərhal ələ aldı, şəhid ailələri ilə görüşdü, onların problemlərini dinlədi.
Bu sözləri Altun.az-a açıqlamasında tanınmış ictimai xadim Rəşid Mahmudov deyib. O, Prezidentin şəhid ailələrinə jestlərinin diqqətlə izləndiyini xatırladıb:
“Prezident İlham Əliyev sağlamlıq imkanları məhdud Masər Fuad oğlu Həsənova özü yaxınlaşaraq, ona mükafatı şəxsən təqdim etdi. Yaxud şəhid anasının ayağa qalxmasına izn vermədi, özü onun yanına getdi və bir daha şəhidlərin və onların ailələrinin bizim üçün nə qədər dəyərli olduğunu nümayiş etdirdi.
Ötən gün isə ölkə başçısı zəlzələ nəticəsində zərərçəkənlərə baş çəkərkən orada olan yaşlı qadının əyilib əlini öpdü. Bunlar Prezidentin dəyərlərimizi necə yüksək tutduğunun göstəricisidir. Bu, həm də Prezidentimizin məmurlara sözlə dediyinin əyani nümunələridir. Bəzi məmurlarımız təəssüf ki, hələ nəticə çıxarmayıb”.
R.Mahmudov hamını Prezidentdən nümunə götürməyə çağırıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 261 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com