altun.az

İki körpəsini, xilas olunmaları üçün, küçəyə atan qadına cinayət işi açıldı

5-02-2019, 20:55

İki körpəsini, xilas olunmaları üçün, küçəyə atan qadına cinayət işi açıldı

Bərdə rayonunda iki azyaşlı uşağın küçəyə atılması ilə bağlı cinayət işi başlanılıb.
Altun.az Trend-ə istinadən xəbər verir ki, Qazaxın Kəmərli kənd sakini, 1984-cü il təvəllüdlü Yeganə Osmanovanın iki azyaşlı uşağı şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün Bərdə rayonu, S. Vurğun küçəsinə ataraq getməsi faktı ilə bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) maddəsilə cinayət işi başlanıb. Cinayət işi istintaq edilməsi üçün Bərdə rayon Prokurorluğuna göndərilib.
Hazırda polis və prokurorluq orqanları əməkdaşları tərəfindən zəruri istintaq hərəkətləri aparılır.
Bundan başqa, uşaqların təhlükəsizliyinin təmin edilməsi və aidiyyəti üzrə təhvil verilməsi üçün Rayon İcra Hakimiyyəti, xəstəxana və polis şöbəsinə məlumat verilib.
Xatırladaq ki, fevralın 2-də gecə saatlarında Bərdə rayonundakı şadlıq evlərinin birinin qarşısından 1 və 2 yaşlı iki uşaq aşkarlanıb. Uşaqlar təcili tibbi yardım briqadası ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 260 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com