altun.az

Torpaqları işğal altında olan Azərbaycan zəvvarına şad xəbər: Bundan sonra...

2-02-2019, 20:33

Torpaqları işğal altında olan Azərbaycan zəvvarına şad xəbər: Bundan sonra...

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Ümrə ziyarətinə gedən zəvvarlara kömək məqsədi ilə elektron portalda yeni qaydalar tətbiq edib.
Altun.az xəbər verir ki, Ümrə ziyarətini arzulayanlar dünyanın hər bir tərəfindən elektron portal vasitəsilə xidmətlər paketini ehtiyatda saxlamaq məqsədilə, sorğu göndərə və elektron viza əldə edə bilərlər. Bu addım nazirliyin rəqəmsal transformasiyaya strateji yanaşma və zəvvarların qəbulu prosedurlarının asanlaşdırılmasından ötrü rəqəmsal platformanın yaradılması çərçivəsində atılıb. Ölkəyə gəlmək və Ümrə ziyarətində olmaq istəyənlər xidmətlər paketi və qiymətlərlə bilavasitə ziyarəti “Makam” portalının köməyi ilə təşkil edən şirkət vasitəsilə tanış ola bilərlər.
Həcc və Ümrə nazirinin müavini Əbdül Fəttah bin Süleyman Maşat bildirib ki, “Makam” portalının istifadəyə verilməsi nazirliyin ildə 30 milyon zəvvarın Ümrə ziyarətini yerinə yetirməsini nəzərdə tutan “Baxış-2030” məqsədlərinin icrası istiqamətində səylər çərçivəsində həyata keçirilib.
Həcc ziyarəti arzusunda olan müxtəlif ölkə vətəndaşları portala bu link vasitəsilə daxil ola bilərlər: https://eservices.haj.gov.sa/eservices3/pages/home.xhtml?dswid=2981.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 266 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com