altun.az

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə və sığorta ödənişini ala bilərsiniz - Şəhid ailələrinə müraciət

30-01-2019, 14:34

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə və sığorta ödənişini ala bilərsiniz - Şəhid ailələrinə müraciət

Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) ölkənin ərazi bütövlüyü uğrunda 1997-ci il avqustun 2-nə qədər həlak olmuş, ölmüş və itkin düşmüş hərbi qulluqçuların vərəsələrinə müraciət edib.
Altun.az-ın məlumatına görə, müraciətdə deyilir ki, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11 000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir.
“Bununla əlaqədar olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə və sığorta ödənişini ala bilərsiniz”, - deyə müraciətdə qeyd olunub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 266 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com