altun.az

Müəllimlər 131 saylı məktəbdə “əsir düşüb” - Açıqlama

29-01-2019, 13:35

Müəllimlər 131 saylı məktəbdə “əsir düşüb” - Açıqlama

Ən qısa zamanda, hava şəraiti gəmilərin hərəkətinə imkan verən kimi Çilov adasında qalan müəllimlərin evə getməsi mümkün olacaq.
Bu sözləri Altun.az-a Pirallahı rayonu Çilov adası 131 nömrəli tam orta məktəbdən sözügedən təhsil mərkəzində dərs deyən Bakı şəhərindən olan müəllimlərin evə geri dönə bilməməsinə aydınlıq gətirərkən bildiriblər.
Məktəbdən verilən məlumata görə, sözügedən məktəbdə hava şəraiti ilə əlaqədar bu cür hallar bəzən yaşanır:
“Çilov adasında fəaliyyət göstərən 131 nömrəli tam orta məktəbdə çalışan müəllimlərin gediş-gəlişi gəmi ilə həyata keçirildiyinə görə, bəzən hava şəraiti ilə əlaqədar işçilərin təhlükəsizliyi nəzərə alınaraq, şəhərlə nəqliyyat əlaqəsində ləngimələr ola bilir. Bu dəfə də şəhərdə yaşayan bir neçə müəllimin hava şəraiti ilə bağlı evlərinə getməsi ləngiyib”.
Məktəbdən bildirilib ki, müəllimlərin gediş-gəlişi məsələsində hava şəraiti ilə bağlı ləngimələr istisna olmaqla, heç vaxt çətinlik yaranmayıb:
“Çilov adasında yerləşən 28 May NQÇİ-nin rəhbərliyi həmişə müəllimlərin gediş-gəlişi üçün yaxından köməklik göstərir. Onu da qeyd edək ki, Rasim İbrahimov adına 131 nömrəli tam orta məktəb Bakı şəhəri Pirallahı rayonu Çilov adasında yerləşir. Məktəb 1951-ci ildən fəaliyyət göstərir. Məktəbdə hazırda 80 şagirdin təlim-tərbiyəsi ilə 22 pedaqoji işçi məşğul olur”.
Qeyd edək ki, sözügedən məktəbin binası Dövlət Neft Şirkətinin 28 May NQÇİ-nin balansındadır. Məktəb 2007-ci ildə əsaslı təmir olunub və müvafiq avadanlıqlarla təchiz edilib.
Xatırladaq ki, Pirallahı rayonu Çilov adasındakı 131 saylı orta məktəbin Bakıdan olan müəllimlərinin adada qalması barədə “Yenicag.az” məlumat yaymışdı. Müəllimlərin ötən həftənin cümə günündən etibarən evlərinə gedə bilmədiyi qeyd edilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 332 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com