altun.az

2019-cu il Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş ili ola bilər.

19-01-2019, 13:35

2019-cu il Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş ili ola bilər.

Altun.az xəbər verir ki, bu sözləri millət vəkili Tahir Mirkişili deyib. Deputat bildirib ki, Azərbaycanın apardığı siyasət nəticəsində münaqişənin ədalətli həlli istiqamətində üç mühüm reallıq yaranıb:
“Birincisi, qəbul olunmuş beynəlxalq hüquqi sənədlər Azərbaycana ərazi bütövlüyünün bərpası üçün bütün imkanlardan istifadə hüququ yaradıb. İkincisi, Azərbaycan bir dövlət kimi iqtisadi, hərbi və daxili siyasi cəhətdən xeyli güclənib. Üçüncüsü, Ermənistan bir dövlət kimi bütün sahələrdə xeyli zəifləyib və işğalı davam etdirmək gücünü tam itirib. Son zamanlar Ermənistanda baş verən proseslər - hərbi xuntanın çökməsi, iqtisadiyyatın tamamilə dağılması, xaricdən asılılığın artması və erməni diasporunun işğalçıya maliyyə yardımının azalması (2018-ci ildə cəmi 11 milyon dollar), eyni zamanda, Ermənistanın xarici siyasət kursunun və iqtisadiyyatının iflası Azərbaycanın uğurudur. Bu uğurun elementlərini Ermənistanın keçmiş və yeni rəhbərlərinin etiraflarından da aydın görmək mümkündür. Bütün bunlar isə Azərbaycan prezidentinin kifayət qədər sərt və barışmaz mövqeyi nəticəsində mümkün olub”.
Millət vəkili bildirib ki, regionda yaranan yeni reallıqlar Azərbaycana Dağlıq Qarabağ məsələsini öz xeyrinə həll etməyə imkan verir:
“Azərbaycanın xarici siyasəti çoxtərəfli gedişlər üzərində qurulub. Bunlar iqtisadi, diplomatik və hərbi hücumlardan ibarətdir. Azərbaycan məhz bu siyasəti nəticəsində Ermənistanın regionda dağıdıcı fəaliyyətini minimuma endirə bilib. Artıq ənənəvi müttəfiqləri də İrəvanın əsl siyasətini anlayıblar. Belə ki, Ermənistan-Belarus, Ermənistan-Rusiya, Ermənistan-Qazaxıstan münasibətləri çöküş dövrünü yaşayır. Bu isə o deməkdir ki, konkret siyasəti olmayan Ermənistan bir dövlət kimi formalaşa bilməyib”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 284 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com