altun.az

Bakıda baş verən bu cinayət cavabsız qalmamalıdır - Qriqoriu

19-01-2019, 09:52

Bakıda baş verən bu cinayət cavabsız qalmamalıdır - Qriqoriu

1990-cı il 20 yanvar tarixinə keçən gecə Bakıda baş verən cinayətlər cavabsız qalmamalıdır.
Bunu Trend-ə Moldova İctimai Palatasının sədri, siyasi xadim Aureliya Qriqoriu deyib.
A.Qriqoriu bildirib: "1990-cı il 20 yanvar faciəsi SSRİ-nin öz xalqına və vətəndaşlarına qarşı ordudan istifadə etməsinin qara səhifəsi kimi əbədi olaraq müasir tarixə yazılıb. Azərbaycanın suverenliyi və müstəqilliyini dəstəkləmək üçün Bakıda keçirilmiş dinc nümayiş sovet ordusu tərəfindən silah və tanklarla gülləbaran edilib. Sovet ordusu hissələrinin, daxili qoşunların və xüsusi təyinatlı qüvvələrin böyük kontingentinin Bakını işğal etməsi xüsusi qəddarlıq və görülməmiş vəhşiliklərlə baş verib. Dinc əhali qətlə yetirilib, yüzlərlə insan öldürülüb, yaralanıb və itkin düşüb.
A.Qriqoriu qeyd edib ki, ordunun Bakıya yeridilməsi və fövqəladə vəziyyətin qoyulması SSRİ Konstitusiyasının (119-cu maddə), Azərbaycan SSR Konstitusiyasının (71-ci maddə), "Vətəndaş və siyasi hüquqlar" Beynəlxalq paktının (1-ci maddə) kobud şəkildə pozulması idi:
"Azərbaycan Respublikasının suverenlik hüququ qəddarlıqla və çəkinmədən pozulmuş, dinc nümayiş keçirmək, ifadə azadlığı, mülkiyyət kimi təməl insan hüquqlarının pozulmasına kobudcasına yol verilmişdi. Və təəssüf ki, dünyada bu hadisələr haqqında az şey məlumdur. Məhz bu qanlı və utancverici hadisədən sonra Sovet İttifaqının sürətlə dağılması baş verdi. Dövlət öz vətəndaşlarının hüquqlarını, öz xalqına, xüsusilə Bakı şəhərinin və Azərbaycan Sosialist Respublikasının əhalisinə qarşı cinayət törədilməsinə şərait yaradaraq pozmuşdu. İnsanlara hədəf kimi, əsasən kürəyindən, yeganə məqsədlə - öldürmək üçün güllə atılıb. Bu cür cinayətlər cəzasız qalmamalıdır. Beynəlxalq humanitar hüquq normalarına görə, bu cinayət əməlini törədənlər müəyyənləşdirilməli və məhkəməyə təslim edilməlidirlər".
Moldovalı siyasi xadimin sözlərinə görə, 1990-cı il hadisələrindən danışarkən, ilk növbədə Sovet İttifaqının məlumat məkanının qapalılığını nəzərə almaq lazımdır:
"İndiyədək həmin faciəvi hadisənin detalları yalnız ölkənin rəhbər şəxsləri, eləcə də qanlı cinayətlərin birbaşa icraçıları barədə açılan cinayət işləri çərçivəsində nəzərdən keçirilə bilər".
Digər tərəfdən A.Qriqoriu qeyd edib ki, beynəlxalq ictimaiyyətdə beynəlxalq hüquq prinsiplərinə riayət olunması və həmçinin insan hüquqlarının həyata keçirilməsində baş verən ikili standartları da unutmamaq lazımdır:
"Bu gün biz 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı faciənin qurbanlarını yada salırıq. Onların ölümü boşa deyildi. Tarixin amansız dərslərini qavramaq lazımdır. Öz vətəndaşlarının güllələnməsi əmrini verən heç bir rejim hakimiyyətdə qala bilməz".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 262 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com